Xəzər dənizində daha bir zəlzələ baş verib.
Ednews xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 13:19-da Xəzər dənizində (Dağıstan ərazisində) zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3.3, dərinliyi 66 km olub.