Qazinin çənəsini sındıran şəxs avtobus sürücüsünü də döyüb

Cəmiyyət 12:25 21.07.2023
Əmək va Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, qazi Namiq Babayevə xəsarət yetirməkdə təqsirləndirilən idmançı Rəvan Nəbizadənin cinayət işinin bəzi detalları məlum olub. 
 
Ednews  “report.az”a istinadən xəbər verir ki, istintaq materiallarında qeyd olunub ki, R.Nəbizadə bu ilin martın 18-də saat 12 radələrində paytaxtın Binəqədi rayonunda küçədə avtobus sürücüsü Elşən Ağayevin ünvanına heç bir əsaslı səbəb olmadan nalayiq söyüşlər söyməklə təhqir edib. 
 
Daha sonra o, sürücünün sifət nahiyəsinə bir yumruq zərbəsi endirib. 
 
Bundan başqa, R.Nəbizadə mayın 5-i saat 15 radələrində Respublika Reabilitasiya Mərkəzinin inzibati binasına gəlib.
 
O, Vətən müharibəsi iştirakçısı olduğunu təsdiq edən tibbi və digər zəruri sənədləri təqdim etmək üçün həkim qəbuluna növbəsiz aparılması ilə bağlı mərkəzin baş təlimatçısı Namiq Babayevə müraciət edib. Lakin mərkəz əməkdaşı ona gözləmək lazım olduğunu söyləyib. Bu zaman R.Nəbizadə N.Babayevlə mübahisə edib. 
 
İttihama görə, idmançı heç bir əsaslı səbəb olmadan N.Babayevin ünvanına nalayiq söyüşlər söyməklə onu təhqir edib. Daha sonra R.Nəbizadə N.Babayevin sifət nahiyəsinə iki dəfə yumruq zərbəsi vurub. 
 
İstintaq orqanı tərəfindən R.Nəbizadəyə qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (Qəsdən sağlamlığa az zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra ev dustaqlığına buraxılıb. 
 
R.Nəbizadə istintaqda elan edilmiş ittiham üzə özünü təqsirli bilib. O deyib ki, 29 sentyabr 2020-ci ildə könüllü olaraq Vətən müharibəsinin döyüşlərinə qatılıb. İdmançı söyləyib ki, müharibənin sonunadək döyüşlərdə iştirak edib:
 
“Müharibə başa çatdıqdan sonra Vətənin müdafiəsi, sərhədlərin qorunmasında iştirak etmişəm. 31 dekabr 2020-ci il tarixdə tərxis olundum. Müharibədən sonra kəskin ağır şəxsiyyət pozğunluğu, şəxsiyyətin davamlı dəyişikliyi, psixopatabənzər “F62.0” diaqnozlu xəstəliyi ilə əlaqədar həkim komissiyası tərəfindən müayinə edilərək müvafiq rəy almışam”. 
 
R.Nəbizadə istintaq ifadəsində bildirib ki, Mərkəzə gəldiyi ilk andan etibarən orada çalışan əməkdaşlara, həkimə, eləcə də sənədlərinin növbədən kənar qəbuluna buraxmalarına mədəni şəkildə xahiş edib:
 
“Lakin mənə əhəmiyyət verilmədi, istəyim süni şəkildə uzadıldı. Yarım saat qəbul edilmədikdən sonra səliqəli kostyum geyinmiş, əvvəllər tanımadığım, özünü mərkəzdə çalışan əməkdaş kimi təqdim edən şəxsə səbirsiz olduğumu, psixoloji gərginlik keçirdiyimi, növbədən kənar qəbul edilməyimi xahiş etdim. Həmin şəxs isə mənə bir qədər kobud şəkildə gözləməli olduğumu və müraciət edəcəyim yeri özümün tapmalı olduğumu dedi. Artıq bundan sonra əsəblərimi cilovlaya bilməyərək, həmin şəxsi vurdum. Polis əməkdaşlarının müdaxiləsindən sonra məni 7-ci Polis Bölməsinə gətirdilər və orada sərbəst şəkildə izahat verdim”. 
 
İstintaq materiallarında qeyd olunub ki, R.Nəbizadə əvvəllər bir nəfər şəxsə qarşı törətdiyi əmələ görə Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilinərək məhkəmə qarşısına çıxarılıb. Həmin cinayət işinin məhkəmə istintaqı vaxtı zərərçəkmiş şəxs barışıq barədə ərizə verdikdən sonra işə xitam verilib. 
 
Qeyd edək ki, hazırda cinayət işi üzrə məhkəmə Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Əlizadənin sədrliyi ilə araşdırılır. 
 
Xatırladaq ki, N.Babayev və R.Nəbizadə hər ikisi Vətən müharibəsi iştirakçısı olub. N.Babayev Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib, 5 medalla təltif olunub. R.Nəbizadə isə döyüş növləri üzrə peşəkar idmançıdır. 
 
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Hamısı