Gəncə şəhərində itkin düşən yeniyetmə qız tapılıb.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, iyulun 25-də saat 11 radələrində evdən çıxaraq naməlum istiqamətə gedən 2008-ci il təvəllüdlü Rəfiyeva Brilyant Vüqar qızı polis əməkdaşları tərəfindən Gəncə şəhər ərazisində tapılaraq ailəsinə təhvil verilib.