Kolleclərə ixtisas seçimi BAŞLADI

Cəmiyyət 11:48 31.07.2023
Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi iyulun 31-dən avqustun 7-si saat 23:59-dək internet vasitəsilə aparılacaq. 
 
Dövlət İmtahan Mərkəzindən Ednews-a verilən xəbərə görə, ixtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. 
 
İxtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. 
 
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar.
 
“Xoreoqrafiya sənəti (sahələr üzrə) ” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər. 
 
Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir.
 
Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir. 
 
2023/2024-cü tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında nəşr olunub. 
 
Qeyd edək ki, 2023-cü ildə orta ixtisas təhsili müəssisələrinə tələbələrin qəbul olması üçün 10752 plan yeri ayrılıb. Ötən il müvafiq göstərici nisbətən az 10127 yer idi. Bu il qeydiyyatdan keçən və müsabiqə şərtini ödəyən 29445 abituriyent ixtisas seçiminə buraxılıb.
 
Ötən il isə 30354 nəfərin müsabiqədə iştirak hüququ var idi. Abituriyentlərin nəzərinə çatdırırıq ki, ötən il olduğu kimi, bu il də müsabiqə şərtini ödəmiş, lakin ərizə qəbulu zamanı qeydiyyatdan keçməyən abituriyentlərə 31 iyul – 7 avqust tarixlərində qeydiyyatdan keçib ixtisas seçimində iştirak etməyə icazə verilir. Ona görə də ixtisas seçimində iştirak edən abituriyentlərin sayının daha da artacağı gözlənilir. 
 
Qabiliyyət tələb edən ixtisaslar üzrə plan yerlərinə gəldikdə isə bu il istiqamətlər üzrə ümumilikdə 1551 yer ayrılıb. Ötən il bu göstərici 1479 yer idi. Qabiliyyət imtahanlarında bu il məqbul qiymət alanların sayı 1919 nəfərdir, otən il isə 1936 nəfər idi. 
 
Xatırladaq ki, 1 avqust 2023-cü il tarixində saat 11:00-da 9 illik orta təhsil bazasında kolleclərə ixtisas seçimi ilə əlaqədar DİM-in “Youtube” kanalında canlı yayım ediləcək və abituriyentlərə daha ətraflı məlumat veriləcək. 
 
Abituriyentlər ixtisas seçimi ilə bağlı DİM-in “Abituriyent Məsləhət Mərkəzləri”nə də müraciət edə bilərlər. Müsabiqə iştirakçılarına Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Avrasiya, Memarlıq və İnşaat Universitetlərində, Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində və DİM-in regional bölmələrində yerləşən “Abituriyent Məsləhət Mərkəzləri”ndə ödənişsiz kömək göstərilir. Mərkəzlərin ünvanları ilə buradan tanış olmaq mümkündür. 
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO

Xəbər xətti

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat VERİLDİ
13:55 17.05.2024
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
13:55 17.05.2024
Prezidentlər Şuşada erməni vandalizminə məruz qalan heykəllərə baxdılar
13:49 17.05.2024
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
13:45 17.05.2024
Lukaşenko Şuşaya traktor texnikası hədiyyə etdi
13:39 17.05.2024
Cənubi Qafqaz üçün iki mühüm məqam - Rusiyalı politoloq AÇIQLAYIR - ÖZƏL
13:30 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə GETDİLƏR
13:25 17.05.2024
Şənbə günü də yağış yağacaq
13:20 17.05.2024
Universitetlərin Bakıdan köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - "Mərhələli şəkildə..."
13:10 17.05.2024
İki ali məktəbin bazasında tədqiqat universiteti YARADILACAQ – RƏSMİ
12:55 17.05.2024
Rəsmi Bakıdan XƏBƏRDARLIQ: “Fransa üzr istəməlidir”
12:45 17.05.2024
Azərbaycanda bu barədə attımlar atılmasa böhran gözlənilir... – Nidal Salimdən ÖZƏL AÇIQLAMA
12:30 17.05.2024
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
12:20 17.05.2024
Sabah IV sinif şagirdləri üçün monitorinq KEÇİRİLƏCƏK
12:09 17.05.2024
İqor Korotçenko: "Fransa Ermənistanı bu strateji məqsədlə silahlandırır" - VİDEO
12:03 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Azərbaycanda insan alverinin qurbanları ən çox bu şəhər və rayonlardadır
10:45 17.05.2024
Küçələrdə dilənçilik edən 342 uşaq AŞKARLANIB
10:40 17.05.2024
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO
10:35 17.05.2024
Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Hamısı