Bu gün “Qarabağ” Futbol Klubunun beynəlxalq oyunu ilə əlaqədar Bakı metropoliteninin “Koroğlu” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Müvafiq əməliyyat planına uyğun olaraq, qarşılaşmanın başlanma vaxtı ərəfəsində stansiyada iş rejimi dəyişdiriləcək.
Ednews xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC məlumat yayıb.
Bildirilib ki, stansiyadan stadiona yollanacaq sərnişinlərin rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə əlavə işçi qüvvəsi ayrılacaq. Gün ərzində qatarların hərəkət qrafiki yay iş rejimin tələblərinə uyğun tənzimlənəcək. Ehtiyat qatarların xəttə verilməsi diqqətdə saxlanılacaq.
Oyuna çoxsaylı azarkeş marağını nəzərə alaraq, görüş qurtardıqdan sonra sərnişinlərin mənzil başına təhükəsiz və rahat çatması üçün qatarların daha intensiv hərəkəti təmin ediləcək. Həmçinin, zərurət yarandığı halda, ehtiyat qatarların müvafiq istiqamətlərdə xəttə buraxılması xüsusi nəzarət altında təşkil olunacaq.