Avqustun 1-i saat 18 radələrində təkər sexində faciə baş verib. Hadisə Bərdə rayonunda qeydə alınıb. Belə ki, yerli sakin, 1982-ci il təvəllüdlü Samir Hümbətov özünə məxsus sexdə təkər təmir edirmiş. Bu zaman təkər partlayıb, nəticədə o, aldığı xəsarətdən ölüb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Baş prokurorluğun Mətbuat xidməti yayıb.
Mənbə yazır ki, ölüm faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.