Milli Cəbhə Partiyası - MCP-nin yenidən qeydiyyatı ilə bağlı Ədliyyə Nazirliyi cavab göndərib. Biz 5396 nəfər üzvlərin məlumatını göndərmişdik. Onlardan 845 nəfərin məlumatlarının dəqiqləşdirilməsi tələb olunur. 90 nəfər başqa partiyanın üzvü olduğu, 74 nəfərin öldüyü, 5 şəxsin 18 yaşına çatmadığı və 29 nəfərin məlumatlarının təkrarlandığı bildirilir.
Ednews xəbər verir ki, bu fikirləri Razi Nurullayev öz sosial şəbəkə hesabında paylaşıb.
" 210 nəfər MCP üzvü olmadığını deyib (bu məsələni araşdırarıq), 53 telefon nömrəsi 639 partiya üzvünə münasibətdə əlaqə vasitəsi kimi göstərilib (bu təbiidir, çünki, ailələr üzv olub, bir telefon göstəriblər, yaxud qadınlar öz telefon nömrələrini yox, yaxınlarının nömrəsini verirlər)".
O, qeyd edir ki, Siyahımızda ciddi problemlər yoxdur, deyilən çatışmazlıqları aradan qaldırıb yenidən təqdim edəcəyik.
" Təqdim etdiyimiz 5396 nəfərdən 3504 nəfər qəbul edilib. 845 nəfərin sadəcə bəzi məlumatları dəqiqləşdirlməlidir və bunu edəcəyik. Bu rəqəmi də üzərinə gəlsək bu günə aşağı-yuxarı 4349 nəfər var. Hərçənd ki, bizim əlimizdə hələ 2015-ci ildən qalan üzvlər siyahısı var. Onları tam saf-çürük edə bilməmişdik və proses davam edirdi. Yəni biz oturub Ədliyyə nazirliyinin nə deyəcəyini gözləmirdik və bu zaman ərzində partiya mənsubları ciddi işləyib".
Aynurə İsmayıl