Xəbər verdiyimiz kimi tanınmış meyxanaçı Elşən Xəzərin həbs xəbəri yayılıb.
Ednews xəbər verir ki, meyxanaçı “Global.info”ya açıqlamasında bu məlumatı təkzib edib.
“Mən evimdəyəm. Belə xəbəri kimin və niyə yaydığını bilmirəm. Haqqımda yayılan xəbərlər tamamilə yalandır. Mənim İranla heç bir əlaqəm yoxdur”, - deyə o bildirib.
***
Tanınmış meyxanaçı Elşən Xəzərin həbs xəbəri yayılıb.
Ednews xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb.
Onun İranın casus şəbəkəsi ətrafında həyata keçirilən tədbirlər nəticəsində ötən gün saxlanıldığı bildirilir.