Azərbaycanda müstəqillik dövrünün ən böyük elektrik stansiyası TİKİLİR

Cəmiyyət 10:30 09.08.2023
Azərbaycanda müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir. 
 
Ednews “AzərEnerji” ASC-yə istinadən xəbər verir ki, bu ilin fevral ayında təməli qoyulan və müstəqillik dövründə tikilən ən böyük elektrik stansiyasında işlər “AzərEnerji” tərəfindən sürətlə davam etdirilir. 
 
Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində inşa edilən 1 280 meqavatlıq yeni elektrik stansiyasının tikinti işlərini Azərbaycanın ixtisaslaşmış yerli şirkətləri həyata keçirir. Stansiyanın tikintisinə isə İtalyanın AFRY məsləhətçi şirkəti və İspaniyanın İDOM layihələndirmə şirkəti nəzarət edir. 
 
AFRY məsləhətçi şirkətinin nümayəndəsi Salih Turanın verdiyi məlumata əsasən, hazırda işlər sürətlə davam edir və qrafiki 2 ay qabaqlayır: “Tikinti prosesi bitdikdən sonra avadanlıqların montajı davam edəcək. Bu günə kimi heç bir sıxıntı yaşanmayıb və inşallah bundan sonra da yaşanmaz”. 
 
Yaxın vaxtlarda İtaliyanın “Ansaldo Energia” şirkətinin istehsalı olan qaz turbinləri və generatorlar gəmiyə yüklənərək Azərbaycana göndəriləcək. Bu günə kimi 4 ədəd qaz turbinlərinin, generatorların və qazanların bünövrə, betonlanma işləri görülərək yekunlaşdırılıb, qaz kompressor binası və digər sahələrdə binaların tikintisi, o cümlədən stansiya üzrə metal-konstruksiya işləri davam edir. 
 
Soyutma su sistemlərinin dövran nasoslarının, o cümlədən soyutma borularının yenilənməsi, 500 və 330 kilovoltluq yarımstansiyaların genişləndirilməsi işləri sürətlə aparılır. Paralel olaraq ümumi effektivliyi artırmaq üçün Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının mövcud 7 və 8-ci enerji bloklarının buxar turbinlərinin zəmanətli əsaslarla modernləşdirilməsi işləri həyata keçirilir.
 
Yüz tondan artıq çəkisi olan turbin, generator və başqa avadanlıqların çıxardılaraq əsaslı təmir olunması və yeni tikilən elektrik stansiyasına inteqrasiya edilməsi üçün işlər yekunlaşıb və hazırda köməkçi avadanlıqların yenisi ilə əvəz edilməsi işlərinə başlanılıb. 
 
“AzərEnerji” ASC-nin İctimaiyyətlə əlaqələr və Media Mərkəzinin rəisi Teymur Abdullayevin sözlərinə görə, 1280 meqavatlıq yeni elektrik stansiyası və “Azərbaycan” İES-in mövcud 7 və 8-ci bloklarının əlaqələndirilməsi nəticəsində ümumi güc 1 880 meqavat olacaq. “Bununla da faydalı iş əmsalı 18 % artırılaraq 56 %-ə çatdırılacaq. Daha dəqiqi 1 280 meqavatlıq yeni elektrik stansiyasının qaz turbinlərində bir dəfə işlənmiş qaz, utilizasiya yolu ilə suyu buxara çevirəcək və “Azərbaycan” İES-in 7 və 8-ci bloklarının buxar turbinlərində əlavə qaz işlətmədən enerji almağa imkan verəcəkdir. Əlaqələndirmə nəticəsində ildə 800 milyon kub metr qaza qənaət olunacaq”. 
 
Yeni stansiyanın tikilməsi, əlavə generasiya güclərinin yaradılması, enerjiyə artan tələbatın qarşılanması, ixrac imkanlarının artırılması, bərpa olunan enerji mənbələrinin enerji sistemə inteqrasiyasının əks təsirlərinin balanslaşdırılması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi və regionda yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətə malikdir. 

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Hamısı