2022-ci ilin dekabrın 14-də Gəncə şəhər sakini 1980-ci il təvəllüdlü Aytən Süleymanovanın çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri alması faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Gəncə şəhər prokurorluğu yayıb.
İstintaqla Zaur Süleymanovun birgə yaşadıqları evdə arvadı Aytən Süleymanovaya kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirməklə onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Zaur Süleymanova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.