Bir qrup xarici media orqanının Azərbaycan nümayəndəliklərinin əməkdaşları Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım karvanının dayandığı Ağdam-Xankəndi yoluna gəliblər.
Ednews xəbər verir ki, onlara Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri tərəfindən lazımi məlumatlar verilib.
Jurnalistlər arasında “Bloomberg”, “BBC”, “Gettyimage” kimi aparıcı media orqanlarının Azərbaycandakı nümayəndəliyinin əməkdaşları da var.