8 Noyabr prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsində iki yol-nəqliyyat hadisəsi baş verib.
Ednews xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, hazırda prospektdən mərkəz istiqamətində yolda sıxlıq yaranıb.
"Sürücülərin rahat hərəkətini təmin etmək məqsədilə işlər aparılır", - deyə mərkəzdən bildirilib.