“2023-cü ilin sentyabr ayı üçün müəllimlərin orta aylıq əməkhaqqının məbləği 830 manat təşkil edib”.
Ednews xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə məlumat verib.
"Sertifikatlaşdırma imtahanları keçirildikcə, müəllimlərin əməkhaqlarına əlavələr olunacaq və bu da orta aylıq əmək haqlarının artmasına gətirib çıxaracaq. 2023-cü ilin fevralında bu rəqəm 790 manat olmuşdu", - deyə nazir əlavə edib.