Bəzi telekanallar reklamın tələblərini pozub - ADLAR

Cəmiyyət 15:18 11.09.2023

11 sentyabr 2023-cü il tarixdə Azərbaycan Audiovizual Şurasının növbəti iclası keçirilib. İclasda 2 məsələ müzakirə olunub.

Bu barədə Ednews-a Şuradan bildirilib.

Qeyd edilib ki, ilk olaraq universal platforma operatoru lisenziyasının alınması üçün "Gammanet" MMC-dən Audiovizual Şuraya daxil olmuş müraciətə baxılıb, iddiaçının təqdim etdiyi sənədlər müzakirə olunub.

Müzakirələrdən sonra "Gammanet" MMC-yə (xidmətin adı: "Gammanet TV" olmaqla) universal platforma operatoru lisenziyasının verilməsi barədə müvafiq qərar qəbul edilib.

Daha sonra "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Azərbaycan Respublikası Audiovizual Şurasının birgə fəaliyyətinə dair Tədbirlər Planı"na uyğun olaraq hər iki orqan tərəfindən reklam yayımları ilə bağlı həyata keçirilən monitorinqlərin nəticələri müzakirə olunub.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Audiovizual Şurasına ünvanlanmış müraciətlərə əsasən həyata keçirilmiş təkrar monitorinq nəticəsində 2023-cü ilin iyun ayı ərzində əksər ümumölkə yerüstü televiziya kanallarının efirində "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun bir sıra tələblərinin mütəmadi olaraq pozulması halları təsbit olunub.

Belə ki, həmin ay ərzində "Reklam haqqında" Qanunun 4.3-cü maddəsinin tələbinin (İstehsalı (satışı) lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda, reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir) pozulması "ARB", "Xəzər TV", "CBC Sport TV" kanallarında, 33.1-ci maddəsinin tələbinin (Maliyyə, bank, sığorta, investisiya xidmətlərinin, qiymətli kağızların raklamında bu xidmətləri təklif edən şəxsin hüquqi adı, hüquqi ünvanı, fiziki şəxslərin adı, soyadı, atasının adı, ünvanı, əlaqə vasitələri, qiymətli kağızın emitenti qeyd olunmalıdır) pozulması "ATV", "ARB", "Space TV", "Xəzər TV", "İTV", "CBC Sport TV" kanallarında, 33.4-cü maddəsinin tələblərinin (İstehlak kreditinə dair reklamda kreditin hər hansı xərci ilə bağlı zəruri məlumatların – həmin Qanunun 33.4.1-33.4.5-ci bəndlərdəki məlumatların verilməsi ilə bağlı tələblər) pozulması "ATV", "ARB", "Space TV", "Xəzər TV", "Real TV", "İTV", "CBC Sport TV" kanallarında müşahidə edilib.

İclas zamanı, həmçinin iyul və avqust ayları üzrə monitorinqlərin də ilkin müzakirəsi aparılıb. Məlum olub ki, həmin aylarda da iyun ayında baş verən pozuntular az intensivliklə təkrarlanıb.

Aparılan müzakirələrdən sonra Azərbaycan Audiovizual Şurası yayımçılara yeni televiziya mövsümündə belə halların təkrarlanacağı təqdirdə inzibati sanksiyaların tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.

Prezident Xocalıda evləri bir-bir gəzdi - VİDEO

Xəbər xətti

Abşeronda yaşayış binası yanıb
06:22 30.05.2024
Taliban Əfqanıstanı vergidən azad ölkəyə ÇEVİRİR
05:48 30.05.2024
"Haber Global" Azərbaycana qaytarılan dörd kənddən yeni görüntülər yayımlayıb
03:55 30.05.2024
İran Paris Olimpiadasına qədər Qəzzada atəşkəsə çağırıb
02:44 30.05.2024
Ölkə ərazisində qeyri-sabit hava şəraitinin taxıl sahələrinə vurduğu ziyan açıqlanıb
01:00 30.05.2024
BMT: Qəzzada hərbi əməliyyatların intensivləşdiyi müşahidə edilir
00:06 30.05.2024
İkinci Liqaya vəsiqə üçün ilk play-off oyunu keçirildi
23:24 29.05.2024
Ərdoğandan İtaliyaya kritik zəng: Fələstini tanı!
23:02 29.05.2024
Lənkəranda 4 yaşlı uşağın üzərinə qaynar su tökülüb
22:45 29.05.2024
Gürcüstan parlamentinin vitse-spikeri: Zurabişvilinin referendumla bağlı təşəbbüsü təhqirdir
22:24 29.05.2024
Umud Mirzəyev Laçının Bayraq meydanında - VİDEO
22:10 29.05.2024
Braziliya İsraildəki səfirini rəsmən geri çağırıb
22:00 29.05.2024
İsrail ordusu Rəfahın mərkəzinə doğru İRƏLİLƏYİB
21:44 29.05.2024
Bəhram Bağırzadə barəsində inzibati iş BAŞLANIB
21:23 29.05.2024
Umud Mirzəyev Nəsib Nəbioğlu və Nazim Əhmədli ilə birlikdə Laçında - VİDEO
21:10 29.05.2024
AFFA bu komandanı liqadan kənarlaşdırdı
21:00 29.05.2024
Müəllimlərin vəzifə maaşlarına aylıq əlavələrdə texniki xarakterli məhdudiyyətlər aradan qaldırılıb
20:46 29.05.2024
Cəbhəni qorumaq üçün Kiyevə bu qədər təyyarə lazımdır
20:39 29.05.2024
Lənkəran-Astara Regional Təhsil İdarəsi: 4 bağça, 5 məktəb direktoru vəzifəsindən azad edilib
20:27 29.05.2024
Mayoru öldürən kapitanın işi ilə bağlı yeni məlumat
20:20 29.05.2024
Umud Mirzəyev Laçında olub - VİDEO
20:08 29.05.2024
Slovakiyanın Baş naziri İlham Əliyevi təbrik edib
20:00 29.05.2024
İraqın Baş naziri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
19:50 29.05.2024
Polşa Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
19:49 29.05.2024
"Səbail" Şahin Diniyevlə yeni müqavilə imzaladı
19:33 29.05.2024
Zakir Həsənov Türkiyənin milli müdafiə naziri ilə hərbi əməkdaşlığı MÜZAKİRƏ EDİB
19:15 29.05.2024
Antonio Quterreş İlham Əliyevi təbrik edib
19:10 29.05.2024
Talassemiyalı uşaqların pullarını mənimsəyən daha bir nəfər həbs edildi
19:00 29.05.2024
Bu ölkələr Rusiyanın vurulmasına razılıq verdi
18:50 29.05.2024
Prezidentin təməlini qoyduğu kənddə neçə ailə yaşayacaq?
18:30 29.05.2024
Fövqəladə hallar könüllüləri təltif edilib
18:15 29.05.2024
DİN: Qəbələdə saxlanılan şəxslər sərbəst buraxıldı
17:53 29.05.2024
Qarabağ Universitetinə fakültə dekanları SEÇİLDİ
17:40 29.05.2024
Zakir Həsənov Türkiyəyə GETDİ
17:25 29.05.2024
Məşhur aktyor Trampı "təlxək" adlandırdı
Məşhur aktyor Trampı "təlxək" adlandırdı
17:20 29.05.2024
Almaniyalı səfir Ralf Horlemann Ağdamda qadın minatəmizləmə komandasını ziyarət edib - FOTOLAR
17:15 29.05.2024
Çiyələklə bağlı RƏSMİ XƏBƏRDARLIQ
17:15 29.05.2024
Hikmət Hacıyev Türkiyə səfiri ilə regiondakı vəziyyəti müzakirə etdi
17:10 29.05.2024
Fatimə Mövlamlı və Nicat İsmayıl SAXLANILDI
17:05 29.05.2024
"İsrail beynəlxalq hüquqa tabe olmursa hamı təhlükədədir" - Ərdoğan
"İsrail beynəlxalq hüquqa tabe olmursa hamı təhlükədədir" - Ərdoğan
17:00 29.05.2024
Hamısı