Mayın 29-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına işgüzar səfər edib.
Ednews xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerin dəvəti ilə qardaş ölkəyə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyətinin bir sıra görüşləri və “EFES - 2024” çoxmillətli təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirakı planlaşdırılır.