2019-cu ildə tətbiqi nəzərdə tutulan, lakin dayandırılan tamamlayıcı pensiya sistemi yenidən gündəmdədir.
Ednews türk mediasına istinadən xəbər verir ki, orta müddətli plana əsasən, 2024-cü ilin son rübündə tamamlayıcı pensiya sisteminə keçmək nəzərdə tutulur. Yeni sistem tətbiq olunarsa, işdən çıxma müavinəti işəgötürən və dövlət tərəfindən qoyulan fondda toplanacaq.
Sentyabrın 5-də açıqlanan MTP-nin “Maliyyə Sabitliyi” başlığının “Siyasətlər və Tədbirlər” bölməsindəki maddələrə əsasən, Özəl Pensiya Sisteminin (BES) fond növləri yenidən işlənəcək.
Ən çox maraq doğuran mövzulardan biri də yeni sistemdə işdən çıxma müavinətinin fond kimi struktura çevrilib-çevrilməyəcəyidir.
Mövcud sistemdə işçi bir il başa çatdıqdan sonra hər il üçün ümumi əmək haqqı məbləğində işdən çıxma müavinəti almaq hüququna malikdir.
Yeni sistem tətbiq olunarsa, işdən çıxma müavinəti işəgötürən və dövlət tərəfindən qoyulan fondda toplanacaq və işdən çıxanda deyil, pensiyaya çıxanda alınacaq. Bununla belə, əlavə pensiya sisteminin işçilər üçün məcburi olub-olmayacağı və mövcud işdən çıxma haqqı sistemini əvəz edib-etməyəcəyi hələlik qeyri-müəyyən olaraq qalır.
Oğuz