Sentyabrın 29-da saat 19 radələrində Hacıqabul rayonu ərazisində 3 avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
Ednews apa.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov yayıb.
Onun sözlərinə görə, hadisə nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü, 1998-ci il təvəllüdlü Orxan Balacayev hadisə yerində vəfat edib, sərnişin, 1984-cü il təvəllüdlü Mahir Kərimov isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasında dünyasını dəyişib