Xaçmazda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Gülalan kəndi ərazisində qeydə alınıb.
“Vaz-2106” markalı avtomobilin “Daewoo” markalı avtomaşınla toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Yaralılar rayon xəstəxanasına çatdırılıb.