"Can Azərbaycan torpağı müasirliyin gözəl mərkəzidir"
Ednews xəbər verir ki, bunu TÜRKSOY-un Baş katibi Sultan Raev III "Korkut Ata" Türk Dünyası Film Festivalının mükafatlandırma mərasimindəki çıxışında deyib.
"Festival ilk dəfə Türkiyədən kənarda məhz bu il təşkil edilib. Burada 4 gün ərzində bizə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə təşəkkürlərimi ifadə edirəm. Həmçinin bu günlər ərzində Azərbaycan xalqına qonaqpərvərliyinə görə minnətdaram", - o əlavə edib.
Sultan Raev kino sahəsinin on illər sonra da türk dünyası və xalqlarını bir araya gətircəyini bildirib: "Biz buna səmimi qəlbdən inanırıq".
Baş katib çıxışının sonunda azərbaycanlı şair Səlim Babullaoğlunun "Azərbaycan" şeirindən bir hissəsini səsləndirib.
Sultan Raevin çıxışından sonra festivalin ənənəvi mükafatı olan TÜRKSOY-un xüsusi mükafatı təqdim edilib.
Builki mükafata azərbaycanlı aktyor, Xalq artisti Fəxrəddin Manafov layiq görülüb.