Mərhum millət vəkili Qənirə Paşayevanın son layihəsi "Addım-addım Türkiyə" AzTV-də yayımlanacaq.
Ednews xəbər verir ki, ictimai-siyasi və yaradıcı fəaliyyəti Türk dünyasında yaxşı bilinən, sevilən Qənirə xanım Paşayevanın ilk dəfə ekranlarımızda olacaq son çoxbölümlü layihəsi - "Addım-addım Türkiyə" sənədli filmləri silsiləsi tezliklə Azərbaycan Dövlət Televiziyasında yayımlanacaq.
Layihə qardaş Türkiyə Cümhuriyyətin 100 illik əlamətdar yubileyinə həsr olunub.
Sözügedən layihədən video fraqmenti təqdim edirik: