Ermənistanın Gəncəyə raket atmasının ildönümü ilə bağlı yürüş keçirilib

Cəmiyyət 02:35 18.10.2023

17 oktyabr 2020-ci il tarixində Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından üç il ötür. Bu qanlı faciənin ildönümü ilə əlaqədar olaraq Gəncədə yürüş təşkil olunub. Yürüş Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının, Azərbaycan Dövlət Aqrar Universitetinin və Gəncə Gənclər Evi SXM-nin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Ednews xəbər verir ki, yürüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, GDU-nun rektoru, professor Yusif Yusibov, ATU-nun rektor əvəzi Yaşar Ömərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, SHXÇDX Gəncə şəhər Nizami və Kəpəz rayonları şöbələrinin rəisləri, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və 450-dən artıq partiya fəalı iştirak ediblər.

 Həlak olanların əziz xatirəsini yad etmək məqsədi ilə keçirilən yürüş Gəncə şəhər 1 saylı “ASAN Xidmət” Mərkəzinin qarşısından başlayıb “Qələbə” parkında başa çatıb.

Daha sonra yürüş iştirakçıları terror zamanı şəhid olan mülki vətəndaşların adlarının əks olunduğu lövhənin önünə tər çiçəklər düzüblər.

Tədbirdə bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində günün müxtəlif saatlarında “Toçka U”, “Smerç”, “Qrad” tipli raketlərlə hücum edildi. Gəncə şəhərinə endirilmiş raket zərbələri nəticəsində 6-sı uşaq və yeniyetmə olmaqla, ümumilikdə 26 nəfər həlak oldu, 29-u uşaq olmaqla, 142 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı. 3 ailənin üzvü olan 4 uşaq hər iki valideynini itirdi. Şəhərin 4000-nə yaxın yaşayış və qeyri-yaşayış sahələrinə, həmçinin 100-ə yaxın nəqliyyat vasitəsinə külli miqdarda ziyan dəydi. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən hərbi şəhidlərlə yanaşı, terror qurbanı olan mülki vətəndaşlarımızın da xatirəsi əziz tutulur. Belə ki, Ermənistanın hərbi cinayətləri nəticəsində həyatını itirmiş Gəncə sakinlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlət başçısı tərəfindən verilən tapşırıqlara əsasən Gəncə Memorial Kompleksi yaradılacaqdır. Bu ərazidə inşası nəzərdə tutulan Memorial Kompleksin təməli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 yanvar 2022-ci il tarixində Gəncə şəhərinə səfəri zamanı qoyulmuşdur.

Tədbirdə Gəncəmizin Zəfər ətirli qəhrəmanı Yüksəl Əlizadənin anası, GDU-nun Xarici dillər fakültəsinin kafedra müdiri Sevda Kazımova çıxış edərək, bütün dünyanın gözü önündə baş verən, insanlığa qarşı barbarlıq və vəhşiliyi açıq şəkildə əks etdirən bu hadisələrin - Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalması dəhşətlərinin yaddaşlardan heç zaman silinməyəcəyini bildirib.

Çıxışlardan sonra din xadimi tərəfindən Vətən müharibəsi zamanı şəhid olanların ruhlarına dualar oxunub.

 

Sonda Vətən müharibəsi zamanı qətlə yetirilən mülki şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq raket hücumları zamanı dağılan ərazi ziyarət olunub, ətrafına çiçəklər düzülüb.

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Hamısı