“Zəlzələnin episentri bizim ərazimizdən çox uzaqdı. Yəni hiss edilmə ehtimalı yoxdu”
Bu barədə Ednews-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 11:12-də Xəzər dənizində (Dağıstan ərazisi) maqnitudası 4.4 olan zəlzələ qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 31 km olub.