Yunus Oğuzun yaradıcılığında 44 günlük Vətən müharibəsi və Zəfər

Cəmiyyət 18:41 23.10.2023

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında tarixi roman janrı dedikdə ilk adı çəkilən nasirlərdən biri Yunus Oğuzdur. Türk tarixinin, eləcə də doğma Azərbaycan tarixinin önəmli, həlledici məqamlarının, hökmdarlarının, qəhrəmanlarının qələmin qüdrəti ilə XXI əsrdə yenidən "zühur etməsinə" nail olan yazıçının yaradıcılığının ana xətti vətənpərvərlik, azərbaycançılıq, türkçülükdür. Azərbaycanın yaxın tarixinin ən möhtəşəm hadisəsi olan 44 günlük Vətən müharibəsi də Yunus Oğuz qələmindən keçərək sanballı  bədii örnəklər kimi ədəbi irsimizə daxil oldu. Vətən müharibəsi ilə bağlı Yunus Oğuzun qələmə aldığı ilk əsərlərdən biri  Ali  Baş

Komandan İlham Əliyevə həsr etdiyi "Dövlət bizik" şeiri oldu. Yaradıcılığa poetik mətnlərlə başlayan Yunus Oğuzun bütün şeirlərində izlənən milli kökə bağlılıq, vətənpərvərlik bu şeirdə daha güclü bir vurğu ilə səslənir: 

Dövlət mənəm
Ali Baş Komandan İlham Əliyevə ithaf edirəm
Torpağımçün savaşaram
Addım-addım,
Əli yalın olsam belə
Gözlərimi silah edib
vuruşaram
Dövlət mənəm!
Uçağınla bu dünyanı
Qarış-qarış
dolaşaram
Dövlət mənəm!
Ağrıların çəkənəm
Torpağını əkənəm
Daş-divarın tikənəm
Dövlət mənəm
Yad torpaqda bir qarış da gözüm yox
Bu torpağa düşmən ayaq basacaqsa
Silahım var,
Sözüm yox...
Haqsız-haqsız
Üzərimə yeriyənə
Dözüm yox
Dövlət mənəm!
Nə gözəl- Dövlət olmaq
Haqqı-ədalət olmaq
Dövlət mənəm!
Dövlət sənsən!  
Dövlət bizik! 

Qeyd etmək yerinə düşər ki, Yunus Oğuzun bu şeirinə "Dövlət bizik" adı ilə Şahin Musaoğlu tərəfindən bəstə yazılıb və həmin mahnı Azərbaycanlı tenor, opera ifaçısı, Azərbaycan Respublikasının xalq artisti  Samir Cəfərov tərəfindən ifa edilib.

44 günlük müharibə ilə bağlı Yunus Oğuzun bədii yaradıcılığında təzahür edən növbəti nümunələr "Zəfər paradı" və "Ağdama qayıdış" esseləri oldu. "Ağdama qayıdış" essesində yazıçı "...Orada zaman dayanıb.Orada ruhlar dolaşır." kəlmələrinin energiyası ilə  işğalın yıxıcılığını, torpağın fəryadından doğan ağrını oxucuya ötürməyə nail olur. Essenin son cümlələri - "Ağdamdan süd ətri gələcək, Ağdamda toy çadırları qurulacaq, körpə səsləri gələcək.Tələsməyin, lap az qalıb. Zamansa öz ahəngi ilə axıb gedəcək, daha donmayacaq."  - isə zəfərdən sonrakı Qarabağın, bütöv Azərbaycanın reallaşmaqda olan obrazının müjdəsini çatdırır. "Zəfər paradı" essesi illərdi xalq olaraq xəyalını qurduğumuz möhtəşəm bir hadisənin tərənnümünə - ZƏFƏR PARADINA həsr edilmişdir. Zəfər paradı -  44 günlük müharibənin nəticəsi olaraq  Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin və rəşadətli Azərbaycan ordusunun xalqımıza bəxş etdiyi möhtəşəm qələbə bayramı Yunus Oğuzun qələmindən süzülür, sözə hopur: "Sənin hesabına parçalanmış Ruhumuz birləşir. Qalib Ruhumuz Zəfər Paradına çevrilib Qarabağı dolaşdı, Bakı  küçələrində gəzir, hər evin, hər ürəyin sahibidir Zəfər Paradı." 

Yunus Oğuz 2022-ci ildə qələmə aldığı "Cığır" romanı ilə  44 günlük Vətən müharibəsinin bütöv bədii salnaməsini yaratdı. Hadisələrin 3 zaman kəsiyində təqdim edildiyi bu əsərdə biz yenidən Yunus Oğuzun bir sıra romanlarının, o cümlədən müasir Azərbaycan tarixinin dönüm nöqtəsi olan 2016-cı ilin aprel döyüşlərindən bəhs edən "Ovçu" romanının qəhrəmanı olan Murad obrazı ilə qarşılaşırıq. Bu dəfə Yunus Oğuz bir sıra əsərlərində yaratdığı Murad obrazının tarixdəki əsas missiyasını tam şəkildə açıqlayır. Şuşanın açarı olan cığırın son qoruyucusu olan Nəsrəddin Murad öz missiyasını yerinə yetirir, Şuşa azad olunur. 44 günlük Vətən müharibəsinin əsası 2016-cı il döyüşlərində qoyulduğu kimi "Cığır" romanının da əsasını "Ovçu" romanı təşkil edir. Bu səbəbdən bu iki romanın dilogiya olduğu qənaətindəyik. Yunus Oğuzun Cığır" romanı Vətən müharibəsindən sonrakı müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yeni etapının əsas romanı, qələbəmizin mükəmməl bədii obrazını təqdim edən, ideoloji cəhətdən çox güclü bir əsərdir. 

Yunus Oğuzun yaradıcılığında Vətən müharibəsi və Zəfər fərqli ədəbi növlərdə, janrlarda öz bədii həllini tapmışdır. Yazıçının yaradıclığı ədəbiyyatımızın Qarabağ mövzusunun tam fərqli rakursda işıqlandırılmasının faktoloji əsaslarının yaranmasından doğan yeni etapında mühüm mövqeyə malikdir.

Elnarə Qaragözova 
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi
Filologiya üzrə fəlsəfə doktoru
Dosent

/olaylar.az/

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
Hamısı