“Dostluq”- Udmurtiya Azərbaycan İctimai Mərkəzinin 25 illik yubileyi keçirilib - FOTOLAR

Cəmiyyət 14:28 24.10.2023

Oktyabrın 21-də Xalqlar Dostluğu Evində “Dostluq”- Udmurtiya Azərbaycan İctimai Mərkəzi regional ictimai təşkilatının 25 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib.

Ednews xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasından olan nümayəndə heyəti - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Əli Baytalov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti, Avrasiya Xalqları Assambleyası Baş katibinin müavini Rauf Zeyni,  Azərbaycanın Rus İcmasının sədr müavini Anastasiya Lavrina, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı Oleq Qarin, Udmurtiya Respublikasının Milli Siyasət Naziri Eduard Petrov Stepanoviç , İjevsk şəhəri bələdiyyə rəhbəri Dmitri Çistyakov, “Batkovşina UR-da Belarus Mədəniyyəti Cəmiyyəti” Respublika ictimai təşkilatının sədri Nikolay Dmitreviç, Moskva Tatarıstan Respublikası və Orenburq vilayətinin azərbaycanlı icmalarının nümayəndələri və digər dövlət rəsmiləri iştirak ediblər.

Eyni zamanda Udmurtiya Respublikanın dövlət və bələdiyyə orqanlarının nümayəndələri, diasporların nümayəndələri iştirak ediblər. Bundan başqa tədbirdə Moskva, Kirov, Orenburq, Perm vilayətlərinin, Naberejnıye Çelnı şəhərinin diasporlarının nümayəndələri, həmçinin Udmurtiya Respublikasının milli-mədəni birliklərinin rəhbərləri və digər fəxri qonaqlar təbrik nitqləri ilə çıxış ediblər. 

Udmurtiyanın “Dostluq” Azərbaycan ictimai mərkəzinin sədri Zülfiqar Mirzəyev acılş nitqi ilə cıxış edib.

O, bildirib ki, təşkilatın sədri seçildiyi andan millətlərarası münasibətlərin möhkəmlənməsinə həsr olunan 150-dən çox tədbir keçirilib, diasporanın nümayəndələri respublikanın ictimai həyatında layiqli yer tutur və Udmurtiyanın inkişafına mühüm töhfələr verir. 

Daha sonra təşkilatın 25 illik fəaliyyəti ilə bağlı sənədli film nümayiş olunub.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Əli Baytalov çıxışı zamanı gələcəkdə daha geniş, uğurlu işlərin, layihələrin həyata keçirilməsini arzulayıb. O, həmçinin gənclərdən, onların həyatda aktiv olmaları barədə fikirlər səsləndirib. 

Təşkilatın rəhbəri Zülfüqar Mirzəyev “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib. 

Həmçinin təşkilatın fəal üzvləri və diaspora nümayəndələri Udmurtiya Respublikasında millətlərarası münasibətlərin möhkəmlənməsinə mühüm töhfələrə görə yüksək mükafatlarla təltif olunublar.

Bayram tədbirində Samara şəhərinin “Alpan” ansamblının ifasında Azərbaycan xalq melodiyaları səsləndirilib. Daha sonra məşhur “Buranovskie babuşki” folklor qrupu və respublikanın digər xalq kollektivləri və incəsənət ustaları çıxış ediblər.
Tədbir çərçivəsində həmçinin Xalqlar Dostluğu Evində Udmurtiya Respublikası azərbaycanlılarının “Dostluq” ictimai təşkilatının təşkilatçılığı ilə Azərbaycan xalqının görkəmli lideri Heydər Əliyevin anadan olmasının yüzilliyinə həsr olunan dəyirmi masa da təşkil olunub. 

Üç günlük səfər zamanı nümayəndə heyəti Udmurtiya Respublikasının Milli Siyasət Naziri Eduard Petrov Stepanoviç,Rus Mədəniyyəti Cəmiyyətinin sədri Vitali Eduardoviç Tyulpin, həmçinin Rusiya Xarici İşlər Nazirliyinin Nijni Novqoroddakı Nümayəndəliyinin İjevsk bölməsinin rəhbəri Gülnarə Mannanova və Əmək Resurslarının İnkişafı Departamenti, Udmurtiya Respublikası Sosial Siyasət və Əmək Nazirliyinin Miqrasiya və Əhalinin Məşğulluğunun rəis müavini Tatyana Rupasova ilə görüşüblər. 

Daha sonra nümayəndə heyəti İjevsk şəhərindəki Ustinovski polis idarəsinin divarında ucaldılmış əfsanəvi rayon polis zabiti Tofiq Kərimovun xatirə lövhəsinin önünə əkililər qoyublar. Bundan başqa nümayəndələr Xalqlar Dostluğu Evinin çoxşaxəli fəaliyyəti ilə tanış olub, M.T. Kalaşnikov adına Muzey-Sərgi Kompleksini ziyarət ediblər.

Qeyd edək ki, Rusiya Federasiyası Udmurtiya Muxtar Respublikasının İjevsk şəhərində fəaliyyət göstərən "Dostluq" - Udmurtiya Azərbaycan İctimai Mərkəzi regional ictimai təşkilat 1998-ci ildə yaranıb. Təşkilat Udmurtiya Respublikasında yaşayan 15 mindən çox azərbaycanlını özundə birləşdirir. Mərkəzə 2014-cü ildən Zülfüqar Mirzəyev sədrlik edir.

Oğuz















İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Hamısı