"Ermənilər öz "Böyük Ermənistan" eyforiyaları ilə silahlandırılıb Azərbaycan xalqına zülm etdilər"
Ednews xəbər verir ki, bu sözləri təşkilatımızın qonağı AMEA A.Bakıxanov adına Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmlər doktoru prof. Qasım Hacıyev müsahibəsində söyləyib.
Tarixçi müsahibəsində Ermənistan Respublikası və Böyük Ermənistan ideyasının necə yaradılığını, XX əsrin əvvələrindən, günümüzə kimi ermənilərin Qərbi Azərbaycan və Qarabağ torpaqlarından, digər ərazilərə kimi Azərbaycan xalqına qarşı törətdiyi vandalizm aktlarından danışıb.
Xatırladaq ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dəstək Agentliyi ilə birlikdə həyata keçirtdiyi "Qərbi Azərbaycanlıların Deportasiyasının Virtual Muzeyinin yaradılması" ilə əlaqədar layihəsi davam etməkdədir.
Əkbər Novruz