"Çoxu deyir mən azərbaycanca danışa bilmirəm" .
Ednews xəbər verir ki, bu sözləri Azərbaycann respublikasının xalq yazıçısı Çingiz Abdullayev "Asanradio"ya verdiyi müsahibəsində söyləyib. O, bu cür fikirlər bildirən insanları yalançı və səviyyəsiz adlandırıb.
"Mən Opera Studiyasında olanda, bir çox insan mənim çıxışlarıma qulaq asmağa gəlirlər. Bir neçə saat orada mən azərbaycanca fasiləsiz olaraq danışıram. Buna baxmayaraq yalandan bir çox şaiə gəzir ki, əşşi Çingiz azərbaycanca bir cümlə və ya söz danışa bilmir. Səviyyəsiz adamlara nə deyəsən? Onlara təklif edirəm gəlin çıxışlarıma qulaq asın görün, danışa bilirəm ya danışa bilmirəm?
35 ildir ki, Yazıçılar İttifaqının katibiyəm. Mən dilimizi bilməsəydim, məni oradaki ziyalı şəxslər 1 gün belə saxlamadan qovardılar", - deyə sonlandırıb.
Əkbər