2023-cü il 5 noyabr tarixində Tərtər rayonunun Təpəkənd kəndi istiqamətində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.
Bu barədə Ednews-a Beynəlxalq Avrasiya Mətbuat Fondunun Partlayıcı Sursatların Təhlükəsimə dair Maarifləndirmə (PSTM) komandasından məlumat verilib.
Qeyd olunub ki, piyada əleyhinə mina partlayışı nəticəsində Tərtər rayon Seyidimli kənd sakini 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu xəsarət alıb.
Xəsarət alan şəxsin sağ ayağı pəncə nahiyəsindən amputasiya edilib.
Zərər çəkənin həyatı sağlamlığı ilə bağlı problem yoxdur.