İlham Əliyev Daşkənddə mühüm sammitdə çıxış etdi

Cəmiyyət 19:24 09.11.2023

Noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı keçirilib.

Ednews xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Dövlətimizin başçısı Zirvə toplantısında çıxış edib:

- Hörmətli Şavkat Miromonoviç,

Hörmətli dövlət və hökumət başçıları,

Hörmətli Zirvə toplantısının iştirakçıları,

Yüksək qonaqpərvərliyə görə qardaş Özbəkistanın Prezidenti Şavkat Miromonoviç Mirziyoyevə minnətdarlığımı bildirirəm.

Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir. Ötən il mən Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər etmişəm. Hər səfərimdə Özbəkistanda hərtərəfli islahatların nəticələrinin, sosial və iqtisadi inkişafın şahidi oluram. Əldə olunmuş uğurlar münasibətilə Özbəkistan rəhbərliyini təbrik edirəm.

Şavkat Miromonoviç Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana edib. Bu, iki ölkə arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasını bir daha nümayiş etdirir.

İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan təşkilatın işində fəal iştirak edir.

Ötən ay ECO Nazirlər Şurasının iclası Şuşada keçirilib. Dünən Azərbaycan xalqı Şuşanın Ermənistanın təxminən 30 illik işğalından azad olunmasının üçüncü ildönümünü qeyd etdi.

Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik.

Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu, ölkəmizdə olan münbit sərmayə iqliminin nəticəsidir.

Məmnuniyyətlə qeyd etmək istərdik ki, Azərbaycan ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib.

Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, biz bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetiririk. Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir.

Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq. Bu ilin oktyabr ayında Azərbaycanda “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olub. Bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasıdır.

Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.

Ermənistan Azərbaycanın 20 faizə yaxın ərazisini təqribən 30 il ərzində işğal altında saxlamışdır. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuş, qaçqın və məcburi köçkünə çevrilmişdir.

2020-ci ildə Azərbaycan BMT Nizamnaməsindən irəli gələn legitim özünümüdafiə hüququndan istifadə edərək Vətən müharibəsində Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində kağız üzərində qalmış dörd qətnamənin icrasını özü təmin etdi.

İşğal dövründə Ermənistan Azərbaycanın doqquz şəhərini və yüzlərlə kəndini yer üzündən silmiş, İslam dininə məxsus mədəni və tarixi irsimizi dağıtmış və təhqir etmişdir. 67 məsciddən 65-i dağıdılmış, qalanları isə inək və donuz saxlanılması üçün tövlə kimi istifadə olunmuşdur.

Bu il sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Biz ərazi bütövlüyümüzü və suverenliyimizi güc yolu ilə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa etmişik və bununla qürur duyuruq.

Mən bu tarixi Qələbə münasibətilə Azərbaycanı təbrik edən ECO-nun üzv dövlətlərinə təşəkkürümü bildirirəm.

Çıxışımın sonunda vurğulamaq istərdim ki, Azərbaycan ECO-nun üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır və təşkilatın növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırdır.

Sağ olun.

 

“Euronews” telekanalı Azərbaycandakı mina problemindən danışdı

Xəbər xətti

Azərbaycan Mətbuatının 150 İllik Zəfər Marşı
15:26 26.04.2025
ABŞ və İranın dolayı danışıqlarının üçüncü raundu başlayır
12:58 26.04.2025
"Ermənistan sərhədçilərinin mövcudluğu artırılacaq"
12:51 26.04.2025
Hindistan Pakistanla sərhəddə atışma barədə açıqlama verib
12:43 26.04.2025
Zelenski Tramp ilə görüşdü
12:38 26.04.2025
Kəşmirdəki terror aktından sonra Pakistana qarşı “intiqam əməliyyatı” proqnozlaşdırılır
12:32 26.04.2025
“Ciddi təkliflər irəli sürürük”
12:24 26.04.2025
"ABŞ-ın Yəmənə endirdiyi hücumlar nəticəsində bir nəfər həyatını itirib"
12:16 26.04.2025
Amerikalı jurnalist Kiyev rejiminin DNR və LNR-də törətdiyi cinayətlər barədə danışıb
12:12 26.04.2025
Kreml ABŞ-la birbaşa aviaəlaqələrin bərpası məsələsinin müzakirə olunmadığını bildirib
12:04 26.04.2025
Çernobıl AES-də baş verən qəzadan 39 il ötür
11:53 26.04.2025
Azərbaycan-Aİ münasibətlərində yeni səhifə açılır
10:53 26.04.2025
BAMF Kanadanın Baş nazirinin qərəzli fikirləri ilə bağlı bəyanat yaydı
18:05 25.04.2025
İran İslam İnqilabı Yaxın Şərqi necə dəyişdi ? II Hissə: Şiəlik və Sünnilik Arasındakı Fərqlər və Tarixi Kontekst
13:22 25.04.2025
Şagirdlərə fövqəladə hallarda düzgün davranış qaydaları öyrədilir
13:06 25.04.2025
Yeni Zelandiyanın Oklend şəhərində güclü yanğın baş verib
13:04 25.04.2025
Qəbələdə “Peşə təhsilinin şəhid məzunları” kitabının təqdimatı olub
12:57 25.04.2025
Ceyhun Bayramov Kaya Kallası qarşılayıb, ikitərəfli görüş başlayıb
12:54 25.04.2025
Həcc ziyarətinə sənəd qəbulunun müddəti yenidən uzadılıb
12:49 25.04.2025
İranın xarici işlər naziri Omana gedəcək
12:45 25.04.2025
AYB-də “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” və “Qeyri-səlis məntiq və nitq-dil” kitablarının təqdimatı olub
12:31 25.04.2025
Milli Kitabxanada “Mikayıl Rəfili - 120” adlı kitab sərgisi açılıb
12:23 25.04.2025
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq
12:21 25.04.2025
“Muğam” Televiziya Müsabiqəsi başlayır
12:20 25.04.2025
Türkiyənin Kütahya vilayətində zəlzələ olub
12:12 25.04.2025
Myanmada hərbi xunta ilə üsyançılar arasında döyüşlər yenidən başlayıb
11:53 25.04.2025
Bakıda Dayanıqlı Kənd Təsərrüfatı İnvestisiya Forumu keçiriləcək
11:50 25.04.2025
Daha bir BOKT-a verilmiş lisenziya ləğv olunub
11:45 25.04.2025
Prezident İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
11:43 25.04.2025
Üç yüzdən çox venesuelalı miqrant Meksikadan öz vətənlərinə qayıdıb
11:32 25.04.2025
Azərbaycan və Özbəkistan Müdafiə Nazirlikləri nümayəndə heyətləri arasında işçi görüş keçirilib
11:29 25.04.2025
Müəllimlərin iş yerinin dəyişdirilməsi üçün vakansiya seçimi mərhələsi başlayıb
11:27 25.04.2025
Qarsda Azərbaycanın “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib
11:21 25.04.2025
Akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək
11:20 25.04.2025
Kiçikhəcmli gəmilərə texniki baxış keçirilib
11:17 25.04.2025
Azərbaycanda ilk dəfə keçiriləcək UFC turnirinin biletləri satışa çıxarılıb
11:12 25.04.2025
Sahibkarlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər
11:07 25.04.2025
Tailandda polis təyyarəsi qəzaya uğrayıb
11:01 25.04.2025
Azərbaycan və Latviya beynəlxalq yükdaşımalarda icazələrin sayını 2 dəfə artırıb
11:00 25.04.2025
Prezident İlham Əliyev Kaya Kallası qəbul edib
11:00 25.04.2025
Hamısı