“Uşaq hüquqları haqqında” Qanun hazırda dəyişiklik ərəfəsindədir”.
Ednews xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş “Uşaq hüquqları tribunası” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, hazırda qanun layihəsi üzərində işlər gedir və sənəd yaxın vaxtlarda Milli Məclisə təqdim ediləcək.