“Hazır ki, virtual muzey və buna bənzər bütün sahələrdə alınan tədbirlər ələxsus yalnız onun göstərgəsidir, biz ələxsus o torpaqlara bir gün qayıdacağıq".
Ednews xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Musa Quliyev "Qərbi Azərbaycanlıların deportasiyasının virtual muzeyi"nin təqdimat mərasimindəki çıxışı zamanı bildirib.
“İlk öncə belə əlamətdar - Milli Dirçəliş Günündə, baş tutan görüşün tam yerində baş tutduğunu söyləmək istəyir, layihə tərtibatçısı olaraq Umud Mirzəyevə və onun komanadasını təbrik edir, təşəkkürlərimi bildirirəm. İstər Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasına baş tutduğu görüşlər və hazırda keçirilən bu tədbir bizim - Qərbi Azərbaycanlıların əsrlər boyunca sahib olduğu ağrılara əsl diqqət və qayğı nümunəsidir”.
Qeyd edək ki, bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Qərbi Azərbaycanlıların deportasiyası və soyqrımı ilə bağlı virtual muzeyin yaradılması” layihəsinin yekun təqdimat tədbiri keçirilir.
Əkbər Novruz