Qara dənizdə taxıl daşıyan ticarət gəmisi Ukrayna sahillərində minaya düşüb.
Ednews xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilib ki, gəminin üzən dəniz minasına düşdüyü ehtimal olunur.
Məlumata görə, buğda ilə yüklənmiş "Georgia S" gəmisi Liberiya bayrağı altında Yujnı limanından açıq dənizə yola düşüb.