Hazırda Gəncə şəhərində güclü külək əsir, bu səbəbdən 3-cü mikrorayon və bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranıb.
Ednews-un məlumatına görə, külək nəticəsində yaranmış toz dumanı, həmçinin avtomobillərin hərəkətində də qismən çətinlik yaradıb.
Küləkli hava şəraiti səbəbindən başqa fəsadların olub-olmaması aidiyyəti qurumlar tərəfindən araşdırılır.