Xəzər dənizinin Azərbaycan sektorunda baş verən 5,6 maqnitudalı zəlzələ Qazaxıstanın Aktau şəhərində də hiss olunub.
Ednews xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.
“Qazaxıstan ərazisində - Aktauda (Xəzəryanı Manqistau rayonunun inzibati mərkəzi) 12 ballıq MSK-64 şkalası üzrə 3 bal gücündə yeraltı təkanlar hiss olunub”, - qeyd ediblər.
Seysmoloqların məlumatına görə, zəlzələnin episentri Qazaxıstanın paytaxtı Almatıdan 2289 km məsafədə, 35 km dərinlikdə yerləşib.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitidası 5.6 olan zəlzələ baş verib. Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub.