"2025-ci ilin birinci yarısında Qafqazın ən böyük istilik-elektrik stansiyası istifadəyə veriləcək".
Ednews xəbər verir ki, bunu “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Rzayev jurnalaistlərə açıqlamasında qeyd edib.
Onun sözlərinə görə hazırda stansiyanın tikinti işləri qrafikə uyğun aparılır:
"Azad olunmuş ərazilərdə bərpa olunan enerji mənbələrinin isə salınması üzərində işlər gedir. Yaxın zamanlarda yeni açılışların şahidi olacaqsınız".
Balababa Rzayev həmçinin əlavə edib ki, Cəbrayılda da bp şirkəti ilə birlikdə 200 MVT gücündə günəş elektrik stansiyasının tikintisi nəzərdə tutulub:
“Tikinti işləri başlamaq ərəfəsindədir".