Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Ednews xəbər verir ki, səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınan daha 25 ailə - 112 nəfər Füzuliyə çatıb.
Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar. Onlar doğma yurdlarına qovuşmağın sevincini bir-biriləri ilə bölüşüblər.