“Bu il Şuşaya 1000-dən çox turistin səfəri və gecələməsi təşkil olunub”.
Ednews xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda elmi-praktiki konfransda bildirib.
O bildirib ki, gələcəkdə bunun artırılması, əlavə turizm məhsullarının yaradılması nəzərdə tutulub.