Gəncədə ana və qızı dəm qazından zəhərlənib.
Ednews-un məlumatına görə, hadisə şəhərin Cavadxan qəsəbəsində baş verib.
2000-ci il təvəllüdlü Ayşən Nəbiyeva və onun az yaşlı övladı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Məlumata görə, ana və övladı qohumlarının evinə qonaq gediblər və orada vanna otağında dəm qazından zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.