Xəbər verildiyi kimi, Saatlıda səkkiz məktəbli mikroavtobusda dəm qazından zəhərlənib.
Məlumata görə, hadisə Saatlının Qaranuru kəndində baş verib. Məktəbliləri dərsə aparan mikroavtobusda dəm qazının sızması baş verib. Zəhərlənən səkkiz məktəbli Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisədən sonra sözügedən avtobusun hansı quruma aid olduğu müzakirə doğurub.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, bu, sifarişli daşımadır:
Məlumatda sifarişli daşımaların daşıyıcı və sifarişçi arasında müqavilə əsasında tənzimləndiyi qeyd olunub.