“WhatsApp” messenceri istifadəçilərə söhbətləri filtrləməyə imkan verən yeni funksiya təqdim edəcək.
Ednews xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
Bildirilib ki, “WhatsApp” söhbətləri təsnif etməyə kömək edən mühüm filtrlər əlavə edib. Portal qeyd edib ki, filtrlər söhbət siyahısının yuxarı hissəsində yerləşdirilib.
Ekspertlərin fikrincə, yeni filtrlərin siyahısına “Oxunmamış”, “Kontaktlar” və “Qruplar” dialoq qrupları daxil olacaq. Bu, müəyyən növ söhbətlərə tez daxil olmağa imkan verir. Məsələn, "Oxunmamış" filtri yalnız oxunmamış mesajları əks etdirən söhbətləri, "Qruplar" isə yalnız qrup söhbətlərini göstərir.
Yeni funksiya beta versiyası üçün əlçatandır və seçim yaxın gələcəkdə bütün istifadəçilər üçün əlçatan olacaq.