“Seçkilərdə iştirak qaydalarını pozmağa, seçki sənədlərini saxtalaşdırmağa, bilərəkdən səsləri düzgün hesablamamağa görə cinayət məsuliyyəti nəzərdə tutulur”.
Ednews xəbər verir ki, bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov bu gün Mərkəzi Seçki Komissiyasında keçirilən müşavirədə deyib.
O bildirib ki, seçkilərlə bağlı prokurorluq orqanlarının vəzifələri əsasən daxil olmuş şikayət və müraciətlərə baxılması ilə əlaqədardır.