"Ermənilər tərəfindən çox zülmlərə məruz qalmışıq".
Bu sözləri Ednews - a müsahibəsində Qərbi Azərbaycanın ( indiki Ermənistan respublikası)
Basarkeçər rayonu Zərkənd kənd sakini AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru dosent, Rübabə Bahadır qızı Şirinova söyləyib.
Keçmiş sakin, müsahibəsində Qərbi azərbaycanlıların deportasiyası zamanı və öncəsi ermənilərin onlara - Qərbi azərbaycanlılara qarşı törədilən vandalizm aktlarına, türk millətinə göstərilən münasibətlərə toxunub.
Xatırladaq ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dəstək Agentliyi ilə birlikdə həyata keçirtdiyi Qərbi Azərbaycanlıların Deportasiyasının virtual muzeyinin yaradılması ilə əlaqədar layihəsi davam etməkdədir.
Daha ətraflı video - reportajda:
Əkbər Novruz