"Deportasiyanın məqsədi monoetnik Ermənistan dövləti yaratmaq idi".
Bu sözləri Ednews - a müsahibəsində Qərbi Azərbaycanın ( indiki Ermənistan respublikası)
Qarakilsə rayonu Urud kənd sakini və AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor, Bakı Dövlət Univetsitetinin Biologiya fakültəsinin "Botanika" kafedrasının müdiri Qurbanov Elşad Məcnun oğlu söyləyib.
Akademik, müsahibəsində Urud kəndinin qədim tarixindən, özünün gənclik xatirələrindən, həmçinin Qərbi azərbaycanlıların deportasiyası zamanı və öncəsi ermənilərin onlara - Qərbi azərbaycanlılara qarşı törədilən vandalizm aktlarına, türk millətinə göstərilən münasibətlərə toxunub.
Xatırladaq ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dəstək Agentliyi ilə birlikdə həyata keçirtdiyi Qərbi Azərbaycanlıların Deportasiyasının virtual muzeyinin yaradılması ilə əlaqədar layihəsi davam etməkdədir.
Daha ətraflı video - reportajda:
Əkbər Novruz