Xəbər yayılmışdı ki, dekabr ayının 22-də Dövlət Sosial Müdafiə Fondu sosial yardımlarının bayramla əlaqədar olaraq hər zamankından daha tez ödəniləcəkdi. Lakin vətəndaşlar arasında ödənişlərin gecikməsi ilə bağlı şikayətlər səsləndirilir.
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Ednews-a bildirdi ki, sosial müavinətlərin ödənişi hər ay qrafikə uyğun olaraq göstərilir:
“Hər hansı bir gecikmə yoxdur. Respublika üzrə pensiyaların ödənişi yekunlaşıb. Digər sosial ödənişlər də bu ayın sonuna qədər ödəniləcək. Belə bir açıqlama fond tərəfindən verilməyib. Yayılan məlumatlar həqiqəti əks etdirmir”.
Qeyd edək ki, 8 dekabr tarixində Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib.
Oğuz