Jurnalistlərin münaqişə zonasında təhlükəsizliyini təmin etmək mümkün deyil - Vüqar Zifəroğludan RƏY

Cəmiyyət 15:30 26.12.2023

Jurnalistlərin Müdafiəsi Komitəsinin verdiyi məlumata görə, Ukraynada 37, Qəzza şəhərində isə 68 jurnalist həyatını itirib. Bütün beynəlxalq qanunlara rəğmən müharibələrdə ölən jurnalistlərin sayını azaltmaq mümkün olmayıb.

Günümüz müharibələrində media işçilərinin toxunulmazlıq hüququna nə dərəcədə əməl olunur? 

Mövzu ilə bağlı Ednews-a danışan Filologiya elmləri doktoru və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirib ki, bu qanunları praktikada həyata keçirmək o qədər də asan deyil, hətta bəzən mümkün deyil: 

“Təəssüf ki, münaqişə zonalarında jurnalistlərin müdafiə edilməsi hələ də ciddi bir problem kimi aktualdır. Bu gün konfliktli ərazilərdə öz peşə borcunu yerinə yetirən jurnalistlər çox təhlükəli problemlərlə üzləşirlər. Onlar zorakılığa məruz qalır, əsir düşür və ya öldürülürlər. Beynəlxalq jurnalistika təşkilatları davamlı şəkildə bu barədə yeni məlumatlar yayırlar. Bu onu göstərir ki, biz hələ də müharibələrdə media işçilərinin həyati təhlükəsizliyini təmin edə bilmirik. Fürsətdən istifadə edərək bir məqamı bildirim ki, Birinci və İkinci Qarabağ müharibələrində şəhid olan və yaralanan jurnalistlərimiz oldu. Onlar münaqişə zamanı öz peşə fəaliyyətlərini peşəkarcasına yerinə yetirdirlər və dünyadakı bir çox həmkarımız kimi müharibənin qurbanı oldular.

Əslində beynəlxalq sənədlərdə jurnalistlərin qorunması mexanizmi var. Burada həm UNESCO-nun, həm də AŞPA-nın jurnalistlərin hüquq və vəzifələri haqqında xüsusi qanunlar var. Bu qanun bəndlərində münaqişə regionlarında jurnalistlərin hansı hüquqlara sahib olduğu haqqında geniş məlumatlar var. Hətta, bura münaqişəyə daxil olmuş ölkələrin də jurnalistlərlə rəftarı haqqında məlumatlar var. Jurnalistlərin münaqişə zamanı öz peşə fəaliyyətlərini azad şəkildə və təhlükəsiz formada yerinə yetirərkən hansı öhdəliklərinin olması haqqında hər bir jurnalist bilməlidir. Lakin, təəssüf ki, bu qaydalara çox zaman əməl edilmir. Eyni zamanda, biz jurnalistlər olaraq bu barədə fərqindəliyi artırmalı və həmkarlarımızın təhlükəsizliyini təmin etməliyik. Müşahidə edirik ki, beynəlxalq orqanlar hər nə qədər bu yöndə layihələr həyata keçirsə də həm Ukrayna, həm də Qəzzada həmkarlarımızın həlak olur. Çünki, müharibə xaotik bir hadisədir və onu kağızüstü sənədlərlə kontrol altına almaq olmur. Bunu da qeyd etməliyəm ki, jurnalistika dünyada ən təhlükəli peşələrdəndir”. 

V.Zifəroğlu onu da əlavə etdi ki, UNESCO-nun və AŞPA-nın bəyannamələrində jurnalistlərin öz peşə fəaliyyətlərini yerinə yetirmək hüquqları haqqında prinsiplər öz əksini tapır:

“Bura Mətbuat Azadlığı Xartiyasını, Yohannesburq prinsipləri aiddir. Bu sənədlərin hər birində birmənalı şəkildə jurnalistlərin hüquq azadlıqları göstərilib. Sənədlərə həm də münaqişə zamanı jurnalistlər hansı qaydalara əməl etməli olduğu və ya təşkilatların öhdəlikləri aiddir. Misal üçün, konflikt zonasında jurnalistlər mütləq qaydada dəqiq informasiya vasitələri ilə təmin edilməlidir. Müharibə zamanı jurnalistlərin dəqiq məlumatlarla təmin edilmək hüququ da vardır ki, bu hüquq çox zaman strateji səbəblərə görə pozulur. Əlavə olaraq da, münaqişənin situasiyalarının işıqlandırılması ilə bağlı bir sıra sistemlər var. Jurnalistlərin konfliktli ərazilərdə necə davranmalı olduqları haqqında bir çox sistemlər var. Məsələn, hərbi kadrların müşayiəti, təhlükəli zonalara addım atılmaması və ya tək şəkildə fəaliyyət göstərən jurnalistlərin tutduğu pozisiyalar haqqında prinsiplər mövcuddur. Buna baxmayaraq, bir daha vurğulayıram ki, bütün bunları praktikada yerinə yetirmək bir çox hallarda mümkün olmur və jurnalistlərin işi acı nəticələrlə sonlanır”.

Fərid Axund

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Hamısı