Keçmiş Qərbi Azərbaycan sakinin evindən arxiv görüntüləri yayılıb.
Ednews xəbər verir ki, bu “VHS” kaset görüntülərindən ortaya çıxıb.
2001 – ci il Qərbi Azərbaycan kəndlərinin birində Ələddin adlı azərbaycanlı vətəndaşın evinə soxulan erməniler acıq verərək, video çəkib, görüntüləri həmin şəxsə göndəriblər.
Video – görüntüdə ermənilər qəsdən şəxsin adını çəkərək, ona artıq sənin evində biz qalacağıq mesajını veriblər. Həmçinin görüntülərdə daha bir neçə erməninin ziyafət etdikləri də göstərilib.
Xatırladaq ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dəstək Agentliyi ilə birlikdə həyata keçirtdiyi Qərbi Azərbaycanlıların Deportasiyasının virtual muzeyinin yaradılması ilə əlaqədar layihəsi davam etməkdədir.
Daha ətraflı sözügedən videoda:
Əkbər Novruz