Ümummilli Lider Heydər Əliyevin media sahəsində əsasını qoyduğu ənənələr uğurla davam etdirilir.
Ednews xəbər verir ki, Bu fikirləri Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Azərbaycan mətbuatının inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu" mövzusunda keçirilən konfransda söyləyib.
“Onun fəaliyyəti və ideyaları gələcəyə işıq salır, bizim üzərimizə məsuliyyət qoyur, KİV-lərin ölkədə fəaliyyəti üçün yaradılan bütün şəraitdən istifadə edərək, üzərimizə Azərbaycan reallıqlarını, bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini, regional və qlobal səviyyədə konstruktiv əməkdaşlıq və faydalı tərəfdaşlıq üzrə təşəbbüsləri dünya ictimaiyyətinə çatdırmaq, respublikanın müsbət imicini formalaşdırmağa davam etmək vəzifəsini qoyur”, - deyə Vüqar Əliyev qeyd edib.