2026-cı ilə qədər işğaldan azad edilən ərazilərdə 100-dən artıq yeni məktəb tikintisi planlaşdırılır.
Ednews xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev AZTV-yə müsahibəsində deyib.
Nazir qeyd edib ki, İşağlda dövründə məcburi köçkün məktəbi sttausu var idi. Bu özü özlüyündə qeyri-adi status idi.
"Azərbaycan məcburi köçkünlər qalmadığı kimi məcburi köçkün məktəbləridə qalmasın. Böyük Qayıdış Proqramı çərçivəsində məktəblər, müəllim heyəti öz yurdlarına qayıdır. İnanırıq ki, həmin məktəblər Azərbaycan təhsili üçün keyfiyyətli təhsil xidməti göstərən məkana çevriləcək.
Öz yurdlarına qayıdan insanlar arasında müəllimlər olur. İlk növbədə həmin şəxslərin yaşayış yerlərinə görə məktəblərə cəlb edirik",- deyə E.Əmrullayev bildirib.