Günel qadın saç ustası kimi yeni həyata başlayır

Cəmiyyət 13:05 29.12.2023

90-cı illərin əvvəllərində Qarabağ müharibəsi ilə əlaqədar yüz minlərlə insan ev-eşiyini tərk edəndə Günelin ailəsinin yaşadığı Kəlbəcər rayonunun Şaplar kəndi də viran qalır, sahib olduqları ev, bağ, bostan, mal-qara, bir sözlə bütün əmlakları əllərindən çıxır. Ailə 1993-cü ildə beynəlxalq ictimaiyyətin dəstəyi ilə yerli hakimiyyət orqanları tərəfindən Yevlax rayonunda salınmış “EKO” (Fin tipli evlər) köçkün düşərgəsində müvəqqəti sığınacaqla təmin olunur.

"Tam orta təhsilimi əvvəldən axıradək “EKO” qəsəbəsində almışam. Ailəm o qəsəbəyə gələndə mənim bir yaşım olub. Qadın saç ustası olmaq uşaqlıq arzum idi. Hətta, yuxarı siniflərdə oxuyanda qohumlar, qonşular üçün xırda işlər görüb təcrübə yığmağa çalışırdım” - deyə Günel hekayəsini danışmağa başlayır.

“Saç ustası olmaq üçün peşə məktəbinə yazılacaqdım, amma Yevlax şəhərinə gedib-gəlməyin çətinliyinə görə alınmadı”, deyə o əlavə edir.

Günel 18 yaşında ailə qurur və bir neçə il ərzində iki qız övladı dünyaya gəlir. 2010-cu ildə düşərgənin Yevlax şəhərinin yeni salınmış 32-ci Məhəllə qəsəbəsinə köçürülməsi ilə Günelin ailəsinin də həyatı dəyişir.

Yeni məkanda Günel yeni həvəslə qəsəbədəki tanışlarına gözəllik xidmətləri göstərməyə başlayır. Lakin, bütün səylərinə baxmayaraq, peşə yeniliklərini bilmədiyi və ev şəraitində xidmət göstərdiyi üçün Günelin müştəriləri salon xidmətlərinə üstünlük verirlər.

Bu müddət ərzində Günelin ailəsi faciə ilə üzləşir, həyat yoldaşı dünyasını dəyişir. Heç bir əlavə gəliri olmayan və yalnız məcburi köçkün ailələrinin ala biləcəyi kiçik müavinətlərlə Günel ailə qayğılarını təkbaşına çəkməli olur. O, qəsəbədə QHT-lərin təşkil etdiyi 6 aylıq saç ustalığı kursunu başlamış olsa da, həmin dövrdə üzləşdiyi çətinliklər onu həmin kursu yarımçıq qoymağa məcbur edir.

2023-cü ilin ilk aylarında Günelin yaşadığı qəsəbədə “Məcburi köçkün icmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsinin başlaması ilə hər şey dəyişməyə başlayır. Qəsəbəyə peşə kursu təşkil edən təşkilatın gəlməsi xəbərini alan Günel dərhal ərizə ilə müraciət edir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK-ın, yaxud BMT-nin Qaçqın Agentliyinin) maliyyələşdirdiyi həmin layihəni “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi həyata keçirir.

Günel müraciət etmiş yüzlərlə ərizəçinin arasından peşəyə olan həvəsinə, bacarığına və təcrübəsinə görə komissiya tərəfindən qadın saç ustası peşəsi sahəsi üzrə iki aylıq təkmilləşmə kursuna qəbul olunmaq üçün seçilir, nəzəri və praktiki kursda iştirak etməklə yanaşı layihə çərçivəsində təşkil olunan “Biznes Planın Hazırlanması” və “Sahibkarlığa Giriş” təlimlərini uğurla başa vurur.

Günel bilik və bacarıqlarını eyni zamanda üzv olduğu İcma İnkişaf Şurasının dəyirmi masalarında və təlim sessiyalarında fəal iştirak etməklə daha da inkişaf etdirir.

“Bütün həyatım boyu bu peşəyə yiyələnmək üçün bacarıqlar əldə etmək üçün imkanlar axtarmışam. Bu layihədə mən o fürsəti əldə etdim və arzularımı reallaşdırmağa başladım”, - deyə Günel bildirib.

Bacarıqları artdıqca və təlim kursları ona özünə inam və ümid bəxş etdikcə, Günel müstəqil biznes qurmaq, xanımlar üçün gözəllik salonu açmaq əzmini daha da möhkəmlədir. Əvvəllər bu istəyini təkbaşına həyata keçirməyi o heç ağlından belə keçirməmişdi. O, ciddi cəhdlə yeni gözəllik salonu açmaq üçün yer axtarmağa başlayır və avadanlıq almaq və iş sahəsi kirayə etmək məqsədi ilə bankdan kredit götürür.

Usta yaninda şagird hazırlığı kursunu uğurla başa vuran Günel icarəyə götürdüyü qadın gözəllik salonunu xəyalında qurduğu şəkildə tam işlək vəziyyətə gətirir. Əlavə iki işçi götürərək, Yevlax rayon sakinlərini salon xidmətləri ilə tanış etməyə başlayır. Kurslar zamanı əldə etdiyi sahibkarlıq bacarıqları sayəsində Günel yeni komandası ilə əhatə dairəsini genişləndirməyə və müştəri məmnuniyyətini artırmağa nail olur.

Günel bir gün Kəlbəcərə qayıtmaqla bağlı niyyətindən də söz açır: “Arzularımız reallığa çevrilib! Kəlbəcər yenə bizim vətənimizdir! Ailəmlə Kəlbəcərə qayıtdıqdan sonra orada salonumun daha böyük bir qolunu açmaq niyyətindəyəm. Bütün bu arzu və uğurlarımın səbəbkarı olan “Ümid” təşkilatına və əvəzsiz maliyyə dəstəyinə görə BMT-nin Qaçqın Agentliyinə sonsuz təşəkkürümü bildirirəm. Onların dəstəyi arzumu reallaşdırmağa kömək etdi və mənim üçün yeni bir dünyaya qapı açdı”.

 

Hazırlayanlar:

Elsevər Ağayev, BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin xarici əlaqələr üzrə baş müşaviri 

Aynur Tağıyeva, “Ümid” Sosial Inkişafa Dəstək İctimai Birliyinin informasiya meneceri

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:10 08.05.2024
Hamısı