Bakıda intihar hadisəsi baş verib.
Ednews xəbər verir ki, hadisə bu gün Nərimanov rayonu ərazisində qeydə alınıb.
Üzərinə tezalışan maddə tökən Məmmədov Zaur İsa oğlu hadisə yerində ölüb.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır. Mərhumun vəkil olduğu iddia edilir.