“Respublika Perinatal Mərkəzində baş verən yanğından sonra, Kliniki Tibbi Mərkəzə 26 uşaq köçürülüb”.
Bunu Ednews-a açıqlamasında Klinik Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib.
“Onlardan 11-i Qara Qarayev adına 2 saylı klinik Uşaq xəstəxanasına, 15-i isə KTM-ə gətirilib. Uşaqların 8-i reanimasiyadadır, 6-na tənəffüs dəstəyi verilir. Xəsarət alanların vəziyyətinə nəzarət edilir – deyə, Ruzbeh Məmməd bildirib.
Xatırladaq ki, Respublika Perinatal Mərkəzində gecə saatlarında yanğın baş verib. Yanğın qısa müddətdə söndürülüb. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 körpənin meyiti aşkar olunub.